Dünyada Fransadan sonra ikincisi Azərbaycanda olan Muzey-qəbir

by Samir Asadli

Azərbaycan sirlli və möcüzəli bir dövlətdir. Tarixin bütün dövrlərindən ölkəmizdə olan qeyri adi tikililər, abidələr, ərazilər və digərləri bütün səyyahların diqqətini cəlb etmişdir və onların yazdıqları qeydlərdən sonra buranı görməyə gələnlərin sayı artmaqda davam edib. Gözəl Azərbaycanımızın mistik bir kəndi var. Balaxanı. Bura tarixin bütün dövrlərində öz sirri və möcüzəsi ilə seçilib. Burada Kəndin çoxlu sayda tarixi abidələri var. Buranın qədim qəbrstanlığında tarixin bütün dövrlərinə aid məzarlar, tikililər və abidələr var. Məsəl üçün burada Şakir ağa türbəsi var. Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzducaqlı 8 ədəd taxça mövcuddur. Şakir Ağa türbəsi Şirvanşah İbrahimin vəzirinin oğlu tərəfindən tikdirilib və xalq arasında imarət adlanır.

Qəbiristanlıqda kənd sakinlərinin inanc yerinə çevrilən Seyid Əhməd Baba piri yerləşir. Əslində pirin tarixini heç kim bilmir. Əldə etdiyimiz məlumatlara görə burada aşkar edilən ən qədim qəbirlərin min iki yüzdən çox yaşı var. Axtarışlar aparılsa daha qədim qəbirlər aşkar etmək olar.

Burada qeyri adi abidələr, dini ibadət yerləri, məzar daşları var. Qədim məzarlıqda diqqəti cəlb edən bir məzar da var. Üstü açıq məqbərə formasında qurulan bu qəbirüstü abidə eyni zamanda dünyada ikinci muzey-qəbirdir.
Muzeyin divarları Babilər hərəkatının iştirakçısı, Qacar dövründə şairə, ilahiyyatçı, qadın hüquqları fəalı, yazıçı Tahirə Qürrətüleynin şeirləri yazılıb. Şeirlər fars dilindədir. Şeirlərdən bir hissəsi:

Gözlərimi qaldıra bilsəm,
Qarşında dayanıb üzünə baxsam
Sənə dərdimi söyləyərdim
Nöqtəbənöqtə, sözbəsöz…..
Üzünün nuru parladı,
Çöhrənin şüaları yüksəldi
Sonra söylə, “Mən sənin Rəbbin deyiləmmi?
Bəli, Bəli, cavab gələcək.
Deyiləmmi”? şeypur səsi,
Alqışlamaq üçün bəla
Təbilini necə ucadan çalmalı!
Ürəyimin qapısında bəla qoşunu
Ayaq döyüb, toplanır…..

Bu məqbərədə kim dəfn edilib. Kənd ağsaqqalarının bu barədə bir neçə versiyası var. Bakı xan ailəsinə məxsus şəxs, Qacar xanədanına məxsus ailə üzvü, Balaxanıda yaşamış imkanlı bir kənd sakin və sairə. Məzarın üstündə məqbərə hazırlanan zaman onun muzey tipli formada hazırlayıblar. Divarlarına şeirlər yazıbıar, Abşeron memarlıq üslübu ilə yanaşı Şirvan və Şərq memarlıq üslübundan da istifadə ediblər. Məzarın yanında müxtəlif kiçik ölçülü heykəllər, fiqurlar olub. Sovetlər işğal dövründə bunları daşıyıb aparıblar. Fotoda rusların oğurladığı fiqurların oxşarının şəkillərini də paylaşıram. Bu fiqurlar İslam-Türk-Xritstian elementlərini özündə daşıyıb. Daha çox Tenqriçilikdə istifadə olunan fiqurlar diqqəti cəlb edir. Məzarı hazırlayanlar buranı həm ziyarət, həm də maarfiləndirici muzey kimi nəzərdə tutmuş idilər. Çox heyf ki, burdan oğurlananlar Sankt Peterburq Antropologiya muzeyində saxlanılır.

Hesab edirəm ki, Mədəniyyət Nazirliyi ilə birgə Elmlər Akademiyası birgə burada ciddi tədqiqatlara başlamalıdırlar.

Zaur Aliyev, dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK