Ekoloq: “Urmu gölünün qurumasının quraqlıqla əlaqəsi yoxdur”

by Samir Asadli

Urmu gölünün qurumasının iqlim dəyişikliyi və quraqlıqla əlaqələndirilməsi yanlışdır.

Bu sözləri iranlı ekoloq və ətraf mühit mütəxəssisi İran televizyasına müsahibəsidə deyib.

O, problemin əsas səbəbkarının İran Enerji Nazirliyi olduğunu bildirib.

“Gölün qurumasında iqlim dəyişikliyi və quraqlığın rolu 31 faiz, Enerji Nazirliyinin rolu isə 69%-dır. Gölə axan çayların qarşısında çox sayda bəndlərin tikilməsi ekoloji problemin yaranmasının əsas amillərdən biridir. Bununla yanaşı göl ətrafında olan 300 min hektar bağ sahələrinin 600 min hektara qədər genişləndirilməsi gölün quruma prosesini sürətləndirdi”,- ekoloq qeyd edib.

Xatıraladaq ki, hazırda Urmu gölünün 96 faizi quruyub və gölün sahəsi 686 kvadrat kilometr, su həcmi isə 930 milyon kübmetrdir.

Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK