Şərqi Azərbaycan əyalətində elektrik çatışmazlığı və davamlı kəsintilər sənaye şəhərciklərinin fəaliyyətində ciddi problemlər yaradıb.
Məlumatda bildirilir ki, avqustun 2 və 3-də iki günlük elektrik kəsintisi və məhdudiyyətinin tətbiqi onsuzda yaxşı durumda olmayan əyalət sənayesinə əlavə problemlər yaradacaq.
Qeyd edək ki, İran hökuməti avqustun 2 və 3-dəki tətilləri havaların istiləşməsi ilə əlaqələndirsə də, ekspertlər və azad media bunun elektrik enerjisinə qənaət məqsədilə edildiyini bildirirlər.
Özəlliklə son bir ildə Şərqi Azərbaycanda baş verən elektriki kəsintiləri, elektrik enerjisi və qaz çatışmazlığı bir çox iş yerləri və sənaye müəssisələrinin müflis olmasına səbəb olub.