“Məlum olduğu kimi, Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı bəyanatından sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib. Bildirilib ki, Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir. Ermənistan sülh danışıqlarını ləngitmək xəttini seçib. Mümkün qədər vaxt udmağa çalışırlar. Çox guman ki, bu, Ermənistanın daxili vəziyyəti ilə bağlıdır”.
Bumu Bakupost.az -a millət vəkili Asil Mollazadə bildirib.
O qeyd edib ki, Ermənistan sülhlə bağlı vaxt qazanmaqla yanaşı, beynəlxalq ictimaiyyətin fikrini bu məsələdən mümkün qədər yayındırır:
“Əslində Ermənistan bu kimi cəhdlərlə indiyə qədər apardığı siyasət davam etdirilir. Rəsmi İrəvan digər məsələləri gündəmə gətirməklə fikri tamam başqa istiqamətə yönləndirir”.