2022-ci ilin sentyabr ayının 22-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən Təbrizdə həbs edilən Şəhriyar Cəfərinin talei barədə məlumat verilmir. Bu barədə onun yaxınları məlumat yayıblar.
Ailəsi Şəhriyar Cəfərinin təcridxanada məcburi etiraf verməsi üçün təcridxanada işgəncə edildiyi barədə fevral ayında məlumat aldıqlarını deyiblər.
“Ondan sonra onun barəsində heç bir məlumat veriulməyib.
Ağır işgəncə edildiyi üçün onun öldürülməsindən nigaranıq” ,- Cəfərinin yaxınları bildiriblər.