Faiq Ələkbərli Almatıda beynəlxalq konfransda çıxış edib

by Samir Asadli

Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsindəki Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmlərin arxeologiyası: Şumerlər və arifmetikanın mənşəyi” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq  konfransın plenar iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru  Faiq Ələkbərli “İslamaqədərki dövrdə Türk fəlsəfəsi və Türk filosofları (Şumerlər, İskitlər və b.)” mövzusunda məruzə edib. F. Ələkbərlinin məruzəsi beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Beynəlxalq elmi konfransa Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən də alimlər qatılıblar.

Konfransın sonunda Faiq Ələkbərli kitablarını Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru, Türk dünyasının böyük yazarı, yazıçı-ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenova hədiyyə edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK