Güney Azərbaycan Traktor və Tehranın Həvadar futbol komandalarının qarşılaşmasından sonra 3 güneyli aktivist təhlükəsilik məmurları tərəfindən saxlanılıb.
Onların saxlanılma səbəbləri və hansı idarəyə aparıldıqları barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, yarış zamanı on minlərlə azarkeş “torpaqdan pay olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarlarını səsləndiriblər.
Həmçinin Quzey və Güney Azərbaycanın xəritəsi və aralarında Araz çayı naxışlanmış plakad qaldırılmaqla Güney Azərbaycanın müstəqilliyə qovuşması ilə bütöv Azərbaycanın reallaşacağı vurğulanıb.