Gəncədə Özbəkistanın Fəxri Konsulluğu fəaliyyətə başlayıb.
525.az xəbər verir ki, konsulluğun açılışı ilə bağlı keçirilən tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Așrafxanov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Özbəkistanın Azərbaycandakı konsulu Abdulaziz Voxidov, Qərb bölgəsi üzrə fəaliyyət göstərən yerli hakimiyyət orqanlarının nümayəndələri qatılıblar.
Çıxış edən qonaqlar Azərbaycanla Özbəkistan arasında daim mövcud olan dostluq münasibətlərindən danışıblar. Vurğulanıb ki, Gəncədə Özbəkistan Respublikasının Fəxri Konsulluğunun açılması da ölkələrimiz arasında olan münasibətlərə müsbət təsirini göstərəcək, həmçinin bu iki dost ölkənin şəhərləri arasında iqtisadi və mədəni əlaqələrin qurulmasında faydalı olacaqdır.
Açılışdan sonra Fəxri konsulluğun binasına baxış keçirilib, iştirakçılarburada həyata keçiriləcək iş prosesi üçün yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilovdur. Şəhərin Təbriz küçəsində yerləşən konsulluğun fəaliyyətə başlaması Qərb bölgəsində yaşayan Özbəkistan vətəndaşlarının, eləcə də bu ölkə ilə bağlı məsələlər üçün vətəndaşlarımızın işlərini asanlaşdıracaq.