Gülbən Ərgən Xoya yardım edəcək

by Samir Asadli

Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər görənlərə yardım edəcəyini deyib.

Axar.az xəbər verir ki, o özünün sosial media hesabında etdiyi paylaşımında azərbaycanlılara başsağlığı verib.

“Bacı-qardaşlarımın bu ağrı və acısı soyuq qış günlərində bir daha təkrarlanmasın! Xoyda zəlzələdən zərər görənlərə əlimdən gələn istənilən yardımı etməyə hazır olduğumu bildirirəm”, – Gülbən Ərgən bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK