“Güney Azərbaycan İcmasının” yaradılması ilə bağlı iclas keçirilib – FOTO

by Samir Asadli

Bu gün Güney Azərbaycanda yaşayan soydaşlarımızın insan haqlarının qorunması, haqq səslərinin dünya arenasında beynəlxalq təşkilatlara çatdırılması və azadlıq mübarizələrinə dəstək olmaq istiqamətində fəaliyyəti aparmaq məqsədilə “Güney Azərbaycan İcmasının” yaradılması ilə bağlı iclas keçirilib.
Olaylar.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruzun təşkilatçılığı ilə keçirilən iclasda bir sıra nüfuzlu şəxslər iştirak ediblər.
Belə ki, iclasda xalq artisti Səyavuş Kərimov, Valeh Kərimov, Nurəddin Mehdixanlı, xalq şairi Balaş Azəroğlunun oğlu Etibar Azəroğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, xalq şairi Söhrab Tahirin qızı Nəsibə Tahir, İranlı Mühacirlər Cəmiyyətinin sədri Fridun İbrahimi, İranlı Mühacirlər Cəmiyyətinin sədr müavini İsmayıl Abdullahi, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, AMEA-nın aparıcı elmi işçisi Pərvanə Məmmədli, AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, tanınmış ədəbiyyatçı Qərib Aşkari, tanınmış milli fədai Qafar Kəndlinin oğlu, teleaparıcı Həmit Herisçi, əməkdar artist Loqman Kərimov, Əməkdar incəsənət xadimi Əli Tudənin oğlu Natiq Cavadzadə, DAK İdarə Heyətinin üzvü Babək Muğanlı və tanınmış şair Lilpar Cəmşidqızı iştirak ediblər və bu icmanın yaradılmasının əhəmiyyəti, məqsədləri haqqında öz fikirlərini bildiriblər.

 

 

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK