Güney Azərbaycan milli hərəkatının digər bir fəalı prokurorluğa çağırılıb

by Samir Asadli

Güney Azərbaycanlı aktivist Calal Dehqani prokurorluğa çağırılıb.

Dehqaninin 21 fevral Beynəlxalq Ana Dili günü ilə eyni vaxtda İran məhkəmə sisteminin elektron bildirişi ilə prokurorluğa gəlməsi tələb olunub.

Bildirişə əsasən aktivist 5 gün ərzində, başqa sözlə bu gün özünü Təbriz rayonu Ümumi Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə təqdim etməlidir.

Xatırladaq ki, Calal Dehqani Güney Azərbaycan hüquqları sahəsində fəaliyyət göstərərək Urmu gölünün qurudulması aksiyalarında, 2022-ci ilin iyul ayının 16-da 14 nəfər digər aktivistlə birgə saxlanılıb.

O, Təbriz şəhəri Mərkəzi Həbsxanasına aparılandan 3 gün sonra təzminat üçün mülk sənədi qoyuluşu şərti ilə açılmış işin istintaqı bitirilənədək müqvəqqəti azad olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK