Güney Azərbaycan şəhərlərində etiraz aksiyası keçirilib

by Samir Asadli

Zəncan, Urmu və Ərdəbil şəhərlərinin Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Oktyabrın 2-di səhər saatlarında keçirilən aksiya barədə etitazçılar sosial media hesablarında paylaşım ediblər.

Nazirliyin yerli inzibati binalarının qarşısına toplaşan təqaüdçülər təqaüdlərinin az olduğuna görə narazılıqlarını bildiriblər.

Onlar “hərbçi müdir” istəmirik şüarları səsləndirib, dövlət idarələrində SEPAH komandirlərinin vəzifəyə təyin olunmalarına etiraz ediblər.

Bildirilir ki, etirazçlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Adı çəkilən şəhərlərlə yanaşı, Tehran, Xurrəmabad, İsfahan və başqa bir neçə şəhərdə də oxşar aksiyalar keçirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK