Güney Azərbaycan şəhərləri də daxil olmaqla İranın 12 şəhərində şagirdlərin zəhərlənməsi davam edib.
Təbrizin “Asiman” orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.
Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib. Övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməyən valideynlər etiraz ediblər.
Zəhərlənmə ilə bağlı rəsmi açıqlama verilməyib və zəhərlənən şagirdlərin sayı açıqlanmayıb.
İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.
Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.