“İranda sistematik ayrı-seçkilik və irqçilik Faktaraşdırıcı Komitə yaradılmaqla araşdırılmalıdır”. Güneyli hüquq müdafiəçisi, ƏRK — Azərbaycan İnsan Haqları Müdafiə Cəmiyyətinin direktoru Jalə Təbrizi belə deyib.
“İranda sistematik ayrı-seçkiliyi və irqçiliyi araşdırmaq üçün Faktaraşdırıcı Komitə yaratmağın vaxtıdır”.
O, İranda milli və etnik azlıqlara mənsub qadınların zorakılığa məruz qaldığını vurğulayıb: “İranda güneyli qadınlar ayrı-seçkilikdən əziyyət çəkirlər. Təbrizdə İran hökuməti tərəfindən qəsdən qurudulan Urmu gölünün vəziyyətinə dinc şəkildə etiraz edən 6 qadın həbs edilib”.