Güney Azərbaycanda çörək qıtlığı: Urmuda uzun növbələr yarandı

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində çörək qıtlığı yaranıb.

Bu barədə urmulu sosial media fəalları məlumat və fotolar paylaşıblar.

Məlumata görə, mağazaların qarşısında uzun növbələr yaranıb.

Sosial media fəalları bildirir ki, bir neçə aydır Urmu şəhərində toyuq əti qıtlığı yaşanır.

Sosial güzaranı ağır olan əhalinin proeblemləri sırasında indi də çörək qıtlığı əlavə olunub.

Çörək çatışmazlığı əhalinin narazılığına səbəb olub.

“Çörək almaq üçün vətəndaşlar gecə yarısı mağazaların qarşısında növə tutmağa məcbur olurlar”,- fəalların yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, oxşar problem Təbriz şəhərində də yaranıb və vətəndaşlarla çörək sexləri sahibləri arasında insidentlər baş verib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK