Güney Azərbaycanda daha bir göl qurudu

by Samir Asadli

Güney Azərbaycanda Urmu gölü ətrafında davam edən ekoloji fəlakətlə eyni vaxtda Qərbi Azərbaycanın Sulduz (Nəqədə) bölgəsindəki “Yadigarlı” gölü tamamilə quruyub

Bu barədə Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Əkbər Qayimi məlumat yayıb.

Bundan öncə ekoloqların xəbərdarlıqlarına baxmayaraq, məsullar Urmiya gölündə ekoloji probleminə dərinləşməsinə baxmayaraq, ətraf göllərin, ocümlədən Yadigarlı gölünün qurumaq təhlükəsi olmadığını bildirmişdilər.

1530 kehtar su hövzəsinə malik olan gölün sahəsi qurumadan əvvəl 359 hektar olub.

Qeyd edək ki, “Yadigarlı” gölü təbiət abidələri siyahısında qəydiyyata alınıb  və bura minlərlə yerli və küçəri quşların, müxtəlif növ su canlılarının məskəni olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK