Güney Azərbaycanda güclu qar və çovğun- Yüzlərlə kəndin yolu bağlandı

by Samir Asadli

Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində güclü qar və çovğun nəticəsində yüzlərlə kəndin yolu bağlanıb.

Şərqi Azərbaycanın Yollar və Avtomobil Nəqliyyatı İdarəsinin yaydığı məlumatda 300 kəndin ətraf aləmdən təcrid olunduğu bildirilib.

Bununla yanaşı yanvarın 15-də havanın kəskin soyuması və yolların bağlanmasına görə, Ərdəbil, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bir neçə şəhərində məktəblər tətil edilib.

Qərbi Azərbaycan əyalətinin 2, Ərdəbil əyalətinin 8 və Şərqi Azərbaycan əyalətinin 7 şəhərində, hər 3 əyalətin yüzlərlə kəndində dərslər dayandırılıb.

Son məlumata görə, Vərziğanda qarın hündürlüyü 65, Xiyavda 53, Nəmində 50, Əhərdə 42 santimetrə çatıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK