Güney Azərbaycanda Irandakı parlament seçkilərini boykota çağırış edilib

by Samir Asadli

Güney Azərbaycan şəhərlərində İranda kemirilməsi nəzərdə tutulan parlament seçkilərini boykot etməyə çağırılıb.

Bu barədə yerli sosial media kanallarında məlumatlar yayılıb.

Bir neçə şəhərdə paylanılan yazılı vərəqələrdə seçkilərin vətəndaşların vəziyyətinin dəyişdirilməsində heç bir təsiri olmayacağı qeyd edilib.

“Seçkilərdə iştirak etmək Azərbaycan xalqına edilən zülmə göz yummaqdır”,- vərəqələrdə yazılıb.

Qeyd edək ki, İran parlamentinin 12-ci dövr seçkilərinin martın 1-də keçiriləcəyi planlaşdırılıb.

Ekspertlər seçkilərin sönük keçəcəyini, vətəndaşların iştirakının az olacağı proqnozlaşdırırlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK