Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

by Samir Asadli

Martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər.

Aksiyalar Təhsil Nazirliyinin yerli idarələri qarşısında keçirilib.

İdarələrin qarşısına  toplaşan azərbaycanlı müəllimlər əmək haqlarının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qanunla nəzərdə tutulmuş başqa hüquqlarının tapdalanmasına etiraz ediblər.

Təbrizli müəllimlər Təhsil Nazirliyinin yerli idarəsinin qarşısına “Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır” məzmunlu banner asıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK