Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində təbii fəlakət baş verib.
Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Qəvidel həyatını itirənlərin Biləsuvar və Germi mahallarının Məscidli, Hac Əhmədkəndi və Paraqışlaq kəndlərindən olduqlarını deyib.
O, mediaya verdiyi açıqlamada bölgə əhalisinə ciddi ziyan dəydiyini bildirib.
Bununla yanaşı bölgə əhalisinə külli miqdarda xəsarət dəyib, yüzlərlə mal-heyvan tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.
Hazırda germi-Biləsuvar yolu bağlanıb, nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün adı çəkilən bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.