Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində “Əmir Ərşəd” sarayının həyətində saxlanılan tarixi qoç heykəlləri məhv edilir.
Videolarda tarixi əsərlərin çoxunun dağıldığı, sındırıldığı və bir neçə parçaya bölündüyü göstərilir.
Qeyd edək ki, daşdan yonulan qoç heykəlləri Azərbaycanın müxtəlif bölgələrində, tarixi yer və qəbristanlıqlarında minlərlə idi.
Son illər Mədəni İsr Nazirliyinin məsuliyyətsizliyi ucbatından onların çoxu oğurlanıb, qalanlar çoxu isə Tehran və başqa şəhərlərin muzeylətinə aparılıb.
Hazırda Təbriz muzeyi və Vərziğanın Əmir Ərşəd sarayında bir neçə sındırılmış qoç heykəlinin qalıqları saxlanılır.