Oktyabrın 23-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətinin Telekommunikasiya Şirkətinin təqaüdçüləri yaşayış şəraitinin ağırlığına və tələblərinə diqqət yetirilməməsinə etiraz aksiyası keçiriblər.
Etirazçılar “vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “haqqımızı almayınca susmayacayıq”, “süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bununla eyni vaxtda İranın 9 əyalətində də Telekommunikasiya Şirkətinin təqaüdçüləri oxşar aksiya keçiriblər.