İran hökumətinin on illərlə yaramaz siyasətləri nəticəsində Güney Azərbaycanın bölgələri, şəhərlərindən tutmuş kəndlərinədək, su böhranına tuş gəlib.
Misal olaarq Zəngan Əyalətinin Əbhər və Hidəc şəhərlərində dəfələrlə su təzyiqi enib və Qəzvin şəhərinin müxtəlif məhəllələrində suyun kəsilməsi əhalinin gündəlik həyatını iflic edib.
Habelə Qərbi Azərbaycanın Bəykəndi (Bukan) rayounu Türkəmən-kəndi kəndində, həmçinin Xiyavda (Meşginşəhr şəhəri) suyun ardıcl kəsilməsi və gündəlik 1 saat su təmini müşahidə olunub.
Eləcə də Xumarlu kəndində bir neçə gün müddətinə su kəsintisi olub. Belə bir vəziyyət Şərqi Azərbaycanın Zunuz və Kəleybər şəhərlərində təkrarlanır. Muğan (uydurma Parsabad adı ilə) rayonunda əkinçilər bir neçə günlük su kəsintisinə tuş gəliblər.
Lakin su çatışmazlığı problemi Urmu Gölü bölgəsində daha da ağırdır. Dolama, Quluncu, Cəbəlkəndi, Təzəkənd və sair kəndlərdə su böhranı yaşanır. Hətta bir neçə kənddə su içiləsi deyil və xəstəlik törədicidir.
Bu qədər geniş miqyaslı coğrafiyada eyni problemin yaşanması daha ciddi səbəblərə görə olduğuna dəlalət edir.
O da məslənin həllinə siyasi yanaşma və Güney Azərbaycanın Qərbi Azərbaycan Əyalətində yerləşən Urmu Gölünün quruması və hakimiyyətin məsələnin qarşısını almağa real tədbir görməməsidir.
Faktiki olaraq bölgə əhalisinin gündəlik adi yaşamı pozulub. Eksperlərin bu barədə fikrincə Güney Azərbaycanın qərb bölgəsində su böharanının həllinə faktiki tədbirlər görülməsə bu böhranın qaldırılması artıq mümkün olmayacaq.
Bununla da Azərbaycan əhalisinin köç etmələrinə və nəticədə Güney Azərbaycan coğrafiyasının boşlamasına gətirib çıxaracaq. İran dövləti tərəfindən bölgədə infrastrukturların yaradılmaması, yaramazlığı və düzgün idarəçiliyin tətbiq etmədiyinə görə həmin şəhərlər, kəndlər və daha da çox bölgələr su çatışmazlığına düşüblər.
Bu problem ildən-ilə kəskinləşir, dövlət isə problemi qaldırmağa ciddi və real bir hərəkət etmir. İran hakimiyyətinin Azərbaycanın ərazilərinin potensial imkanlarına laqyedliyi Azərbaycanda böhran törənməsinə gətirib çıxarıb.
Kənd əsərrüfatı Güney Azərbaycan əhalisinin ən əsas gəlir mənbəyi olduğu bir halda hakimiyyətin düzgün olmayan siyasətləri Azərbaycanın iqtisadi inkişafının qarşısını alıb və bölgədə yoxsulluq səviyyəsi artmaqdadır.
Urmu Gölünün quruması və hakimiyyətin bu prosesin yavaşıtmasına tədbirlər görməməsi Azərbaycanda yaşam böhranını kəskinləşdirib. Azərbbaycan əsasən dağlıq və suyun bol olduğu bir coğrafiya olduğuna baxmayaraq içməli suyun təmini üçün böhran vəziyyətinə gəlib çıxıb.
Bu məsələnin başlıca səbəb isə İran hakimiyytətinin ayrıseçkilik siyasəti olaraq bölgədə suötürmə infrastrukturlarının təzələnməsinə yetərincə büdcə ayırmamasıdır.
Öz olan fars bölgələri ilə müqayisədə Azərbaycanın sənaye inkişafına yetərincə büdcə ayrılmadığına görə artıq bu coğrafiya müxtəlif böhranlara tuş gəlməkdədir.
Ona görə də Güney Azərbaycana hava-su kimi “Azadlıq, Ədalət, Milli Hökumət” lazımdır.