İran hakimiyyətinin ölkədə türk izinin silinməsi üzrə daxili siyastələri olaraq Azərbaycanın tarixi abidələrinə etinasızlıq nəticəsində Kalantər Evi də tamamilə məhv olmaq üzrədir.
Şəhər əhalsinin fikrincə abidənin Təbriz Bələdiyyəsinin balansına verilməsi bu fəxrli, dəyərli və turistik məkanın problemlərinin həll olunmasına səbəb olar.
Təriz şəhərinin Kalantər evi və çevrəsindəki bağ Qacarlar sülaləsi çağında tikilib.
Bina, ləqəbi Şərəf-üd-Dövlə olan Kalantər adı ilə tanına Mirzə İbrahım Xan Bağmeşəlinin evi olub.
O, Qacarlar zamanı İranın ilk Milli Şura Məcilisində Təbriz əhalisinin deputatı olub. Ev təqaüdə çıxmış müəllim Məhəmməd Əxəvan tərəfindən 1981-ci ildə alınıb.
Xatırladaq ki, abidənin dağıdılmasının qarşısını almaq məqsədi ilə güney azərbaycanlılar 2023-cü ilin senytabrında imza toplama kompaniyasina start vermiş və yıxıdılmasının qarşısı alınmışdır.