Güney Azərbaycanlı milli fəal barədə qətnamə təsdiqlənib

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının aktivisti İsmayıl Əhmədi Bikrabadi barədə çıxarılmış qətnamə apelyasiya məhkəməsində baxılaraq eynisi ilə təsdiqlənib.

İsmayıl Əhmədi öz İnstaqram hesabında məlumat verərək ona qarşı çıxarılmış 9 ay həbs və 70 zərbə şallaq cəzası barədə qətnamənin təsdiqləndiyini bildirib.

Qətnamə Şərqi Azərbaycan Əyaləti Apelyasiya Məhkəməsinin 32-ci Şöbəsi tərəfindən təsdiqlənib.

Məlumata əsasən aktivist barədə “İslam müqəddəslərini təhqir”, “ölkə təhlükəsizliyinə qarşı xalqı qaldırmaq”, “düşümənçilik mövüyində olan şəbəkələrə əlaqə” və “İslam Respublikası sisteminə qarşı təbliğat” ittihamları ilə məhkum olunub.

Xatırladaq ki, Vərziqan rayonu sakini İsmayıl Əhmədi Süngün Mis Yatağı fəhlələrinin vəziyyəti barədə fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən saxnlanıb.

O, 2023-cü ilin avqust ayında açılmış işin tədqiqatı bitənədək Əhər rayonu  Həbsxanasından müvəqqəti azad  olunmuşdur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK