Güney Azərbaycanlı milli fəal prokurorluğa çağırılıb

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının digər bir aktivisti Həmid Purvəli məhkəmənin elektron sistemi vasitəsi ilə bildiriş alaraq prokurorluğa gəlməsi tələb olunub.

21 fevral tarixli bildirişdə izahat verməsi məqsədi ilə 5 gün ərzində özünü Təbriz rayonu Ümumi Prokurorluğunun 15-ci şöbəsinə təqdim etməsi istənilib.

Aktivistin bacısı Ayda öz Instaqram hesabında bildirişin surətini paylaşaraq onun çağırılmasını qınayıb.

Xatırladaq ki, aktivist bundan əvvəl Təbriz şəhəri Rasta Küçə məhləsində Urmu gölünün qurudulmasına aksiyalar vaxtı 2022-ci ilin iyul ayının 16-da 7 nəfər digər güneyli aktivistlə birgə saxlanılıb.

O, təzminat qismində mülk sənədi qoyuluşu şərti ilə açılmış işin istintaqı bitirilənədək 3 gün sonra Təbriz şəhəri Mərkəzi Həbsxanasından müqvəqqəti azad olunub.

Həmid tanınmış aktivist rəhmətlik Əziz Purvəlinin oğludur və Azərbaycan hüquqları üzrə fəaliyyətləri səbəbindən dəfələrlə hədələnib, saxlanılıb və həbs olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK