Güney Azərbaycanlı milli fəal Vədud Əsədinin apellyasiya məhkəməsi keçirilib

by Samir Asadli

Oktyabrın 27-i Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsində Güney Azərbaycanlı milli fəal Vədud Əsədinin apellyasiya məhkəməsi keçirilib.

O, bundan əvvəl məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən “rejim əleyhinə təbliğat, rejim əleyhinə qruplara üzv olmaq və rəhbərliyi təhqir etmək” ittihamı ilə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, fəal bundan əvvəl bir iş üzrə Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK