Güney Azərbaycanlı milli fəallar həbs verilib

by Samir Asadli

Güneyli aktivistlər Salar Tahir Əfşar və Milad Cəlili barədə toplam 14 ayadək azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Milad Cəlilinin müdafiə vəkili Əsğər Məhəmmədi onu müdafiə edərək “əhalini iğtişaşlara və döyüşə çağırmaqla milli təhlükəsizliyə qarşı hərəkət” ittihamı üzrə bəraət qazandıra bilib.

Lakin “pantürk separatçılarının xeyrinə siyasi məzmunlu reper musiqisi əcra etməklə İran İslam Respublikası quruluşunun əleyhinə təbliğ fəaliyyəti” üzrə 8 ayadək həbsə məhkum olunub.

Qeyd edək ki, güneyli vəkil Əsğər Məhəmmədi Şərqi Azərbaycan Əyaləti Vəkillər Kollegiyasının İnsan Haqları Komitəsinin üzvüdür.

Həmçinin digər aktivist Salar Tahir Əfşar “İran İslam Respublikası quruluşunun əleyhinə təbliğ fəaliyyətində iştirak” ittihamı üzrə 6 ayadək həbsə məhkum olunub.

Xatırladaq ki, İrana hakim panfarsizim Güney Azərbaycan və güney azərbaycanlıların hüquqları üzrə mübarizə edən aktivistləri “Pantürkist” adlandırır.

İran hakimiyyətinin bütün daxili və xarici siyasətləri panfarsızm üzrə qurulduğu bir halda qlobalizm qabardılmaqla pantürkizm terminindən akrivistlərin fəaliyyətlərini qınamaq üçün istifadə olunur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK