Güney azərbaycanlı professorun həyatı təhlükədədir

by Samir Asadli

Beynəlxalq Əfv Təşkilatı bəyanat yayaraq, Tehranın Evin həbsxanasında saxlanılan İsveç-İran ikili vətəndaşı olan professor Əhmədrza Cəlalinin edam olunacağı barədə xəbərdarlıq edib.

Azərbaycanlı professorun həyatına ciddi təhlükə yarandığını bildirən təşkilat İsveç və beynəlxalq ictimaiyyətdən İranın qısas xarakterli edam əməlinin qarşısının alınması üçün hərəkətə keçməyi tələb edib.

Bildirilib ki, keçmiş iranlı prokuror köməkçisi Həmid Nurinin İsveçdə ömürlük həbs cəzasına məhkum edilməsindən sonra Tehran hökuməti buna cavab olaraq, professor Əhmədrza Cəlalini edam etmək istəyir.

Qeyd edək ki, təhlükəsizlik məmurları 2016-cı ilin april ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər edən Əhmədrza Cəlalini həbs ediblər.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında əslən Güney Azərbaycanın Sarab şəhərindən olan Cəlalini “İsrailə casusluq” ittihamına görə edama məhkum edib.

Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK