Güney Azərbaycanlı siyasi məhbusun qardaşları da saxlanılıb

by Samir Asadli

Təhlükəsizlik İdarəsinin kamerasında həbs olunan aktivist Ayaz Seyfxahın qardaşları Cəfər və Əhəd İran hakimiyyətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

Gunaz.tv

Məlumata əsasən martın 6-da xeyli sayda mülki geyimli məmur məhbus aktivistə məxsus mobil telefonunu zəbt etmək məqsədi ilə Şərqi Azərbaycanın Kalankeş kəndinə göndərilib.

Onlar həmin kənd sakinləri Cəfər və Əhədi döyüb söyməklə tutub İdarəyə aparıblar. Cəfər bir neçə saat sonra sərbəst buraxılıb.

Lakin Əhəd hələ də azad edilməyib. Bu isə onların ailəsində nigaranlığa səbəb olub.

Xatırladaq ki, məhbus aktivist Ayaz Seyfxah ötən ay fevralın 5-də Təbriz şəhərinə yaxın Kalankeş kəndində saxlanılmaqla Tehran şəhəri Evin Həbsxanası Təhlükəsizlik İdarəsinə aparılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK