Güney Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçirib

by Samir Asadli

Fevralın 19-da Urmu, Ərak, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdçə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaedçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, İranda Rabitə Nazirliyi və Təhsil Nazirliyinin işçiləri iki ildir hər həftə ənənəvi etiraz aksiyası keçirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK