Güney azərbaycanlıların sosial şəbəkələrdə postlarının silinməsi müşahidə olunur

by Samir Asadli

Məşhur sosial şəbəkələrdə Güney azərbaycanlı istifadəçiləri postlarının silinməsinə səbəb olan şəxs müəyyən edilib.

Dəfələrlə müşahidə olunub ki, Feysbuk (Facebook) və İnstaqram (Instagram) sosial şəbəkələrinin sahibi Meta Cəmiyyəti azərbaycanlı istifadəçilərinin postlarına senzura qoyur və hətta Güney Azərbaycanla əlaqəli səhifələri həmişəlik ləğv edir.

Məlumata əsasən keçmiş Pəhləvi rejimində işgəncə məmuru olmuş Pərviz Sabitinin qızı Pərisa Sabiti Meta Cəmiyyətinin ümumi siyasətləri şöbəsinin müdiridir.

Pərisa Sabiti tutduğu vəzifədən istifadə edərək Feysbuk və İnstaqram sosial şəbəkələrində Güney Azərbaycanla bağlı postlara və xəbərlərə öz istəyinə əsasən birbaşa sansur qoyur və ya ləğv edir.

Həmin tərzdə yanaşmanın tarixçəsinə toxunaraq xatırladaq ki, Güney Azərbaycan İran coğrafiyasının parçalanmasına potensial imkanlara malik olduğuna görə Pəhləvilər dönəmində Azərbaycan məsələlərinə tabu kimi yanaşılıb.

Bu istiqamətdə Azərbaycan barəsində hər hansı məlumatın mümkün qədər yayılmaması və minimum həddə endirilməsi siyasəti, həmçinin İran İslam Respublikasında da yürüdülür və müxtəlif vasitələrlə fars xalqına nəsildən nəsilə ötürülür.

Bu səbəbdən Pərisa Sabiti də sələflərinin davamçısı olaraq bu tərz yanaşmanı davam etdirir.

Qeyd edək ki, Pərviz Sabiti SAVAK-ın (Ölkənin İnformasiya və Təhlükəszilik Təşkilatı (fasrca: Sazeman Ettelaat və Əmniyyət Keşvər)) işgəncə məmuru olub.

SAVAK Məhəmmədrza Şah Pəhləvi rejimi zamanında təhlükəsizlik təşkilatı olaraq siyasi müxaliflərin saxlanılması və etiraf almaq üçün işgəncə edilmələrində ən qorxulu təşkilat kimi xarakterizə olunur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK