Güney Azərbaycan Xoy, Urmu, Təbriz və Xiyav (Meşginşəhr) şəhərində Urmu (Urmiya) gölünün qurudulması və bərpaişlərinin aparılmaması ilə bağlı aksiyalar keçirilib.
“Urmiya gölünün qurudulması hər bir azərbaycanlı üçün faciədir”, “#Urmu_ Araz_ üçün birlik” və başqa bu kimi şüarlar yazılıb, qrafittlər çəkilib.
Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.
Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.
Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub.
Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.