Güneyl aktivistə qarşı yeni iş açılıb

by Samir Asadli

Tehran şəhəri Baharistan rayon Prokurorluğu Əlizra Fərşiyə qarşı yeni iş açıb.

“Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsinin” 25 dekabrda yaydığı xəbərə görə, güneyli aktivist bu barədə İnstaqram hesabında bildirib.

Təhlükəsizlik İdarəsi elektron sistem vasitəsi ilə mesaj göndərməklə, ona qarşı “İslam Respublikası sisteminin əleyhinə təbliğat” ittihamını irəli sürüb.

Həmçinin, itihamla əlaqədar açılmış iş barədə təhqiqatın Baharistan şəhəri Ümumi və “İnqilab” Prokurorluğunda aparılacağı bildirilib.

Əlirza Fərşi ittiham barədə məlumat üçün İdarə ilə 5 dəqiqə ərzində 6 dəfə əlaqə saxladığını, lakin cavab verilmədiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Ana Dili Günü münasibəti ilə uşaqlara Azərbaycan dilində kitab paylama və sair fəaliyyətlərinə görə aktivistə 4 il həbs verilmişdi.

O, Tehran şəhəri Evin Həbsxanasında 3 il 3 ay həbsdə qaldıqdan sonra cari ilin fevral ayında sərbəst buraxılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK