Azərbaycan milli hərəkatının aktivisti jurnalist İbrahim Rəşidinin (Savalan) valideynləri onun vəziyyəti barədə müvafiq idarələrdən maraqlansalar da onun vəziyyəti haqqında aydınlıq gətirlimir.
“İbrahim oktyabrın 30-u Meşginşəhr rayon Prukurorluğunda sistemə qarşı təbliğat və cəmiyyəti çaşdırmaq məqsədi ilə guya yalan yayması ittihamıyla 1 ay şərti ilə saxlanılıb.”- deyə Məhəmməd Rəşidi açıqlayıb.
O, açıqlamasının davamında bildirib: “Həmin 1 ay saxlanılma müddəti yanvarın 28-də bitsə də qardaşımı buraxılmayıb. Yanvarın 31-də saxlanılma müddətini 1 ay da artırmaqla Meşginşəhr rayon həbsxanasına köçürüblər”.
Xatırladaq ki, aktivisitn ailəsi 40 gün ərzində dəfələrlə müvafiq idarələrə və həbsxanaya müraciət etsələr də Savalanı həbsdən çıxarmaq mümkün olmayıb.
Onun anası xəstə vəziyyətdə hər gün iş saatı ərzində səhərdən axşama kimi şəhər prokururluğuna gedərək oğlunun vəziyyəti ilə maraqlanır. Ancaq ona heç bir qəti cavab verilmir.
Qeyd edək ki, İranın müvafiq qanununa istinadən aktivistə yönəldilən ittihamlar barədə müvəqqəti saxlama qərarının çıxarılması və vaxtının uzadılması qanunsuz hesab olunur.