“Boksçu Kərim” kimi tanınan idmançı Kərim İsmayılzadənin məhkəməsi keçirilib.
O, Təbriz şəhəri “İnqilab” Məhkəməsinin Birinci Şöbəsində hakim Həmlbərin sədrliyi keçirilmiş iclada ona elan olunmuş ittihamların İranın konstitusiyasında cinayət olmadığını bildirib.
İdmançı həmçinin qeyd edib ki, irəli sürülmüş ittihamlar hər bir insanın təməl hüquqları sırasındadır.
İsmayılzadənin vəkili cənab Əsğər Məhəmmədi iclasda sənədli və şifhai müdafiə çıxışı ilə konstitusiyanın müddəaların istind edərk ittihamların cinayət olmadığını deyib.
“Ətraf mühit problemləri üzrə aktivist fəaliyyətlər Azərbaycan aktivistlərinin milli və qanuni məsuliyyətləridir. Həmçinin İranın konstitusiyasında bu fəaliyyətlərə icazə verilib.”- deyə Məhəmmədi qeyd edəib.
Boks idmançısı İsmayılzadə iclasın sonunda 1.5 milyar tümənlik mülk təzminatı ilə məhkəmə qərarı çıxarılnadək səbəst buraxılıb.
Xatırladaq ki, Əsğər Məhəmmədi Azərbaycanın insan haqlarını müdafiə edən vəkillərdən biridir. O, Urmu Gölünün məhv olunmasının qarşısını almaq istiqamətdə böyük fəaliyyətlər göstərib