Güneyli aktivist və rəqs müəllimi Peyman İbrahimi elan olunmuş ittihamlara qarşı özünü müdafiə üçün məhkəməyə çağırılıb.
Xatırladaq ki, güneyli aktivist Peyman İbrahimi avqustun 26-ı təhlükəszilik məmurları tərəfindən saxlanılıb. 2 ay həbsdə qalandan sonra oktyabrın 25-i 300 milyon tümən dəyərində təzminat sənədi alınaraq, barəsində açılmış işin tədqiqatı bitənədək Təbrizin Mərkəzi Həbsxanasından müvəqqəti sərbəst buraxılmışdır.
Bu barədə tanınmış milli aktivist Abbas Lisaninin Məlumatlandırma İnternet Səhifəsi bildirib.