Güneyli aktivist Səid Camalzadə saxlanılıb

by Samir Asadli

Səid Camalzadə Təbriz şəhərində məmurlar tərəfindən atası evindən götürülüb təhlükəsizlik idarəsinə aparılıb.

İdarənin məmurları sonra aktivistin atası evinə yenə qayıdaraq aqressiv davranmaqla mənzildə axtarışdan sonra şəxsi əşyalarını özləri ilə götürüblər.

Onun hansı ittiham  və səbəblərə görə saxlanılması barədə məlumat yoxdur.

افزایش بازداشتی ها در آذربایجان؛ سعید جمالزاده در تبریز بازداشت شد

Son günlər Güney Azərbaycan aktivistlərinə qarşı yeni basqı dalğasının başladığı görünür. Belə ki, digər fəallar  Mürtəza Pərvin, Vədud Əsədi, Salar Tahir Əfşar, Bağır Hacızadə, Ayaz Seyfxah, Səid Minai və Kamal Nuri bir neçə gün öncə Ərdəbil, Rəşt, Urmu, Təbriz və Tehran rayonu İslamşəhr şəhərində saxlanılıblar.

Onların ailələrinin bildirdiyinə görə aktivistlər saxlanılan zaman döyülüb, söyşlərə məruz qalıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK