Güneyli aktivist Təbrizin Mərkəzi Həbsxanasından müvəqqəti səbəst buraxılıb

by Samir Asadli

Pərəstu Fəridi təzminat kimi 1 milyar 2 yüz milyon tümənlik mülk sənədi qoyuluşu ilə ona qarşı açılmış işin tədqiqatı bitirilənədək müvəqqəti səbəst buraxılıb.

“Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsinin” bildirməsinə istinadən, Təbriz Universiteti Sənaye Müəhəndisliyi tələbəsinin saxlanılması, açılmış iş ayrıntıları və ittihamı barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Təbriz sakini 20 yaşlı Pərəstu noyabrın 4-ü təhlükəsizlik məmurları tərəfindən atası evində saxlanılmışdı.

Məmurlar onu saxlayan zaman şəxsi ləvazimatlarını, o cümldən, mobil telefonunu, notbuk və flaş kartını götürüblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK