Güneyli aktivistin azad olunmasına zəmanət kimi mülk sənədinin qoyuluşu mümkün olmayıb

by Samir Asadli

Tehran şəhəri Evin Həbsxanasında saxlanılan aktivist Vədud Əsədinin ailəsi onun müvəqqəti azad olunması üçün zəmanət kimi mülk sənədi qoyulmasının tələb olunduğunu bildirib.

Məlumata əsasən həbsxananın müdiriyəti və məhkəmə vəzifəliləri Əsədinin azad olunması üçün mülk sənədi qoyuluşunun mümkün olduğunu deyiblər.

Lakin  tələb olunan sənədin dəyirinin yüksək təyin edildiyindən indiyədk onu təmin etmək mümkün olmayıb.

Aktivistin ailəsi bu səbəbdən qohumlara, onun dostlarına və digər azərbaycanlı aktivistlərə müraciət edərək onlara bu barədə yardımçı olmalarını xahiş ediblər.

Xatırladaq ki, Güney Azərbaycan haqları üzrə mədəni aktivist mühəndis Vədud Əsədi Gilan Əyaləti Rəşt şəhəri sakinidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK