Güney Azərbaycan milli hərəkatının bir sıra ktivistləri mayın 7-də məzuniyyət verilmiş Əli Rəzeyzadə Nadarlı ilə görüşüblər.
Nadarlı məhkumluq müddətini Tehran şəhəri Evin Həbsxanasının 8-ci Palatasında keçirir və mayın 7-də ona 3 günlük məzuniyyət verilib.
Güney Azərbaycan milli hərəkatının bir sıra ktivistləri Tehranda Əli Rəzeyzadə Nadarlının mənzilində onunla görüşüblər.
Görüş zamanı onun vəziyyəti, Tehran şəhəri Evin Həbsxanasının şəraiti və digər güneyli məhbuslar barədə fikir mübadiləsi aparılıb.
Aktivistə məzuniyyət hüququ zəmanət kimi bir milyar tümən dəyərində mülkə sənədi qoyuluşu ilə təmin olunub.