Təbriz şəhəri Səhənd Stadionunda Azərbaycanın Traktor və Tehranın Havadar komandaları yarışmasının sonunda satdiondan çıxarkən saxlanılan aktivistlər barədə şərti həbs qərarı çıxarılıb.
Təbriz şəhəri Prokurorluğunun 15-ci İstintaq Şöbəsində keçrilimiş iclasda onların hər biri 1 ildək şərti həbsə məhkum olunublar.
Belə ki, onlar həmin müddətdə pozuntuya yol verdikləri təqdirdə çıxarılmış həbs müddəti icraya yönələcək.
Aktivistlər həmin qərar barədə vəsatət qaldırıblar və etirazlarına cavab verilməsini gözləyirlər.