Güneyli ativistin sağlamlığı təhlükəyə düşüb

by Samir Asadli

Təbriz şəhəri Mərkəzi Həbsxanasında saxlanılan Kərim İsmayılzadənin həyatı həbsxana müdiriyyətinin qeyr-konstruktiv yanaşması nəticəsində təhlükəyə düşüb.

Məlumatlı qaynaqlara istinadən aktivistin ailəsi mayın 1-də onun ürək və mədə dərmanlarını çatdırmaq məqsədi ilə həbsxanaya müraciət ediblər.

Lakin müdiriyyət etinasız yanaşma və etikadan uzaq davranışlarla dərmanarı təhvil almaqdan imtina ediblər.

Qeyd edək ki, Kərim Boksyor ləqəbi ilə də tanınan Kərim İsmayılzadə əvvəllər ürək xəstəliyinə tutulub və Təhlükəsizlik İdarəsinin məmurları onu saxlayarkən elektrik şok tətbiq etdiyindən xəstəliyi ağırlaşıb.

Məlumata əsasən İsmayılzadə illər əvvəl həbsdə olduğu vaxt aclıq aksiyası keçirməklə mədə yarasına tutulub.

Azad ediləndən sonra müalicə məqsədi ilə dəfələrlə cərrahiyyə əməliyyatı keçirməli olub və hal-hazırda ürək və mədə dərmanları onun üçün həyati önəmə sahibdir.

Aktivist, barəsinə qəbul edilmiş edilmiş 6 ayadək azadlıqdan məhrumetmə müddətini çəkmək üçün aprelin 17-də saxalnılaraq Təbriz şəhəri Mərkəzi Həbsxanasına köçürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK