Güney azərbaycanlı ictimai fəal Ramin Qaşqayi Qorbaçi Qəzvin şəhərinin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.
Həbs cəzası ilə yanaşı, Ramin Qaşqayi Qorbaçinin iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub, həbsdən sonra iki il Sistan və Bəlucistan əyalətində sürgünə məhkum edilib.
Qeyd edək ki, ictimai fəal 12 mart 2023-cü ildə Qəzvin şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, may ayının əvvəllərində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Qəzvinin Çubindər həbsxanasından azadlığa buraxılmışdır.