Güneyli fəal Evin Həbsxanasında olduğu inkar olunub

by Samir Asadli

“Övladınız burda deyil”- Tehran şəhəri Evin Həbsxanası Prukurorluğunun müdiriyyəti güneyli aktivist Mürtəza Pərvinin atasının müraciətinə cavab olaraq deyib.

Azərbaycan milli hərəkatı aktivistinin saxlanılmasından 10 gün ötsə də onun durumu barədə məlumat verilmir və valideyninin dəflərlə müraciət etməsinə baxmayaraq bəlli bir cavab almayıblar.

Aktivistin atası 14-15 fevral günlərində oğlunun vəziyyəti ilə maraqlanmaq üçün həmin prokurorluğa müraciət edib və onunla görüşmək istədiklərini deyib. Prokurorluğun müvafiq məmurları bir neçə saatdan sonra bildirib ki, “oğlunuz burda deyil”.

Xatırlaadq ki, Mürtəza Pərvin Cüda fevralın 6-da Ərdəbil şəhəri atası evində saxalanılıb. Dörd gün sonra ailəsi ilə qısa əlaqə saxlamaq icazəsi verilərək Tehran şəhəri Evin Həbsxanasına açparıldığını bildirib.

Aktivist həmçinin deyib ki, təhlükəsizlik məmurları istintaq üçün ona təzyiqlər edir, ifadə vermədiyini və verməyəcəyini vurğulayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK