Güneyli fəal Məhəmməd Pakruh həbs cəzasına məhkum edilib

by Samir Asadli

022a0000-0aff-0242-523b-08daeb58422d_w1023_r1_sGüneyli milli fəal Məhəmməd Pakruh 4 ay həbs cəzasına məhkum edilib, ayrıca 2 il ölkədən çıxışına qadağa qoyulub.

Daha öncə də dinc fəaliyyətlərindən dolayı həbs edilən Pakruh, məhkəmə hökmünün surətini öz Instagram səhifəsindən paylaşaraq, “İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə həbs cəzası aldığını və ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.

Məhkəmə bu milli fəalın telefonunu da “cinayət aləti” adlandıraraq, onun müsadirə olunmasına qərar çıxarıb.

İran hakimiyyəti siyasi və ictimai fəalları, habelə sadə vətəndaşları sosial media hesablarından hökumətlə bağlı tənqidi yazılar və ya materiallar paylaşdıqları üçün sistemə qarşı təbliğat fəaliyyəti ittihamı ilə həbsə atır.

Cənab Pakruh noyabrın 18-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsi tərəfindən çağırılıb. O, bu tarixdə məhkəməyə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Humanrightsiniran saytının məlumatına görə, Təbrizin Ettelaat Nazirliyinin qüvvələri onu daha əvvəl telefonla bu idarəyə çağırmışdılar, lakin milli fəal təhlükəsizlik agentlərinin çağırışını qanunsuz adlandıraraq, idarəyə getməyi rədd etmişdi.

İki günlük həbsdən sonra cənab Məhəmməd Pakruh 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK