Güneyli fəal məzuniyyətə göndərilib

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının aktivist Pərviz Siyabi Gürcan Ərdəbil şəhəri Mərkəzi Həbsxanasından bir neçə günlük məzuniyyətə göndərilib.

Abbas Lisani Məlumatlandırma Səhifəsinin xəbərinə istinadən aktivistin kiçik qardaşının aprelin 18-i vəfat etdiyindən ona məzuniyyət verilib.

Xatırladaq ki, 77 yaşlı Siyabi müxtəlif xəstəliklərə tutulduğuna görə həkimlər onun həbsə dözə bilməyəcəyini və təxminən 6 ay öncə bundan əvvəlki məzuniyyətindən sonra onun azad edilməsinin vacib olduğunu bildirmişlər.

Lakin müvadfiq orqanlar həkimlərin bu təkilifi ilə razılaşmayaraq aktivist həbsxanaya qayıtmalı olub.

Xatırladaq ki, cənab Siyabi mədəni fəaliyyətlərində görə 2022-ci ilin noyabr ayında saxlanılmış və məhkum olduğu 6 illik həbs müddəyini çəkmək üçün Ərdəbil şəhəri Mərkəzi Həbsxanasının 16-cı Palatasına köçürülüb.

Barəsində tibbi komissiyanın rəyinə baxmayaraq həbsxana üzrə hakim rəylə razılaşmayaraq aktivistin azad edilmsi barədə komissiyanın xahişi ilə razılaşmayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK