Marağa zindanında saxlanan güneyli fəal Meysəm Mübrəhən müvəqqəti azadlığa buraxılıb.
Noyabrın 19-da Məlikan şəhərində keçirilən etiraz aksiyasında saxlanılan azərbaycanlı fəal İran bayrağını yandırmaqda ittiham olunurdu.
Meysəm Mübrəhənin yaxınlarından birinin verdiyi məlumata görə, noyabrın 19-da Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib.