Güneyli fəal Təhlükəsizlik İdarəsinə çağırılıb

by Samir Asadli

Azərbaycan milli hərəkatı aktivisti Behzad Dəşti Ərədbil şəhəri İnformasiya və Təhlükəsizlik Polisi İdarəsinə çağırılıb.

Polis fevralın 15-də zəng edərək Dəştinin idarəyə gəlməsini tələb edib. Lakin o, bu hərəkətin qanunsuz olduğunu və məhkəmə qərarı olmadan idarəyə gəlməyəcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ərdəbi Əyalətinin Təhlükəsizlik Baş İdarəsinin məmurları cənab Dəşti və şəhərin digər aktivistlər ilə telefon əlaqəsi saxlayaraq onlar fəaliyyətlərinə davam etdikləri təqdirdə həbs olunacaqlarını bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK