Güneyli fəal Tehranın prokurorluğuna çağırılıb

by Samir Asadli

Güney Azərbaycan milli hərəkatının aktivisti bildiriş alaraq  5 gün ərizində Tehranın porokurorluğuna gəlməsi tələb olunub.

Tehran Prokurorluğunun 5-ci Şöbəsi elektorn bildiriş göndərməklə aktivist Aydın Məhəmmədinin şöbəyə gəlib “milli təhlükəsizliyə qarşı hərəkət” ittihamı barədə ifadə verməsi tələb olunub.

Məlumat üçün bildirək ki, Aydın Məhəmmədi hüquq məzunudur.

Şair, yazıçı və jurnalistika üzrə fəaliyyət göstərən aktivist 2024-cü ilin fevral ayı Ərdəbil şəhərində saxlanılıb Evin Həbsxanasının 209-cu Palatasına köçürülüb.

O, bir neçə həftə həbsdə qalaraq zəmanət qismində ailəsi tərəfindən 800 milyon tümən dəyərində mülk sənədi qoyularaq müvəqqəti azad olunmuşdur.

Məhəmmədi öz ana dili Azərbaycan dilinin tərvicində fəaliyyət göstərib.

1990-cı onilliyin sonlarından etibarən Azərbaycan ədəbiyyatı sahəsində şerlər, nağılları və tərcümələri İran və Azərbaycan Respubklikasının aylıq dərgilər və jurnallarda nəşr olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK